Bakıda daha bir bina sökülür: Sakinlərə kompensasiya ödəniləcək - FOTO
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanında yerləşən ikimərtəbəli qəzalı vəziyyətdə olan bina söküləcək.
Median.Az apa-ya istinadən xəbər verir ki, qəzalı binada 17 ailə məskunlaşıb.
Sakinlərə mənzillərin hər kvadrat metri üçün 1500 manat kompensasiya veriləcək.
Binanın yerində park salınacağı bildirilib.







скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!