20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |     18:13 "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"  |     18:11 Yaponiyanın Sakuracima vulkanı püskürüb - VİDEO  |     17:56 Naxçıvan DYP-yə yeni rəis təyin olundu  |     17:52 Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı - VİDEO  |     17:32 Bəzi toxumlar, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib  |    
Google maaşları azaldacaq
Alphabet holdinqinin tərkibinə daxil olan Google korporasiyası şirkət tarixində iş yerlərinin ən böyük ixtisarı fonunda top-menecerlərə ödənişləri azaldacaq.

Trend-in məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti xəbər verib.

Google rəhbəri Sundar Piçainin sözlərinə görə, böyük vitse-prezident və daha yüksək vəzifələri tutan əməkdaşlar xərclərin azaldılması tədbirləri çərçivəsində daha aşağı bonuslar qazanacaq. ABŞ-dakı texnoloji şirkətlərin işçiləri əmək haqqının böyük hissəsini bonuslar şəklində alacaq, nəşrdə deyilir.

Ötən həftə Alphabet holdinqi texnoloji sektordakı sarsıntılar səbəbindən 12 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Milli Biznes İqtisadiyyatı Assosiasiyasının məlumatlarına əsasən, Amerika şirkətlərinin təqribən 20%-i iqtisadi vəziyyətin pisləşməsi səbəbindən əməkdaşlarının ştatını ixtisara sala bilər. Goldman Sachs Amerika bankı artıq 3,2 min iş yerini ixtisar etməklə ən böyük ixtisar dövrünə başlayıb, Microsoft korporasiyası 2023-cü ildə təqribən 10 min əməkdaşı işdən çıxarmaq planını açıqlayıb. Ekspertlərin fikrincə, bu cür tədbirlər dünya iqtisadiyyatının ləngiməsi ilə, həmçinin istehlakçıların pandemiya dövründən sonra rəqəmsal məhsullara xərclərini azaltmaları ilə əlaqəlidir.

Daha əvvəl The Wall Street Journal qəzetində dərc olunan qiymətləndirmələrdə ABŞ-da növbəti 12 ay ərzində tənəzzül baş verəcəyi və işsizliyin artacağı qeyd olunmuşdu.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 24.01.23 17:40