Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər

03.03.2025 21:07 2 415
Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Rusiya və ABŞ arasında danışıqların növbəti raunduna hazırlıq gedir, görüş yaxın vaxtlarda Fars körfəzi ölkələrindən birində keçirilə bilər.

Bu barədə CNN telekanalı məlumat yayıb.

"Hazırda Rusiya ilə ABŞ arasında danışıqların ikinci raundunun tezliklə keçirilməsinə hazırlıq gedir, danışıqlar Fars körfəzi ölkəsində keçirilə bilər", - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ arasında yüksək səviyyəli danışıqlar aparılıb. Uzun müddətdən sonra keçirilən ilk görüş zamanı tərəflər Rusiya ilə ABŞ arasında əməkdaşlığın tam bərpası və qarşılıqlı maraq doğuran yeni sahələrə genişləndirilməsi üçün şəraitin yaradılmasını müzakirə ediblər.

Xüsusilə səfirliklərin və digər xarici qurumların işindəki süni məhdudiyyətlərin aradan qaldırılması, Ukrayna böhranının tezliklə həlli istiqamətində işə başlamaq üçün yüksək səviyyəli işçi qrupların formalaşdırılması barədə razılığa gəliblər.

İki ölkənin nümayəndə heyətlərinin ikinci görüşü İstanbulda keçirilib.

Son xəbərlər