20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |     18:13 "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"  |     18:11 Yaponiyanın Sakuracima vulkanı püskürüb - VİDEO  |     17:56 Naxçıvan DYP-yə yeni rəis təyin olundu  |     17:52 Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı - VİDEO  |    
Yanvarın 26-da Yerin yaxınlığından asteroid keçəcək
Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək.

BU barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib.

2023 BU asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər.

Qeyd edək ki, bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddə biri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, 2023 BU asteroidi Yerlə son dərəcə yaxın, amma təhlükəsiz şəkildə keçəcəkdir. Ümumilikdə isə, əsasən diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir.

Asteroidin hərəkətini izləmək üçün Virtual Teleskop keçidindən istifadə edə bilərsiniz. Keçid üzərindən canlı yayım 26 yanvar saat 23:15-də başlayacaqdır.



скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 24.01.23 16:22