21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |    
Ombudsman BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkə cavab verib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

S.Əliyeva müraciətində bildirib ki, beynəlxalq təşkilatların yüksək rütbəli məmurları hər hansı bir bəyanat verməzdən əvvəl ilk növbədə əsaslanmış və etibarlı mənbələrə istinad etməli və bu cür həssas bir məsələdə verdikləri bəyanata görə daşıdıqları məsuliyyəti hiss etməlidirlər: "Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən bu cür yüksək rütbəli məmurlar məsələ barəsində heç bir məlumatları olmadan məsuliyyətsiz bəyanatlar verə bilirlər. Bu, nəinki onların təmsil etdikləri təşkilatın nüfuzuna xələl gətirir, həmçinin onların şəffaflığı və bitərəfliyinə əsaslı şəkildə ictimai şübhələrin yaranmasına səbəb olur".

"BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Laçın-Xankəndi yolundakı dinc aksiya ilə əlaqədar verdiyi son bəyanatına cavab olaraq çox hörmətli Komissara bir sual ünvanlamaq istərdim: Hörmətli Ali Komissar, ehtimal edirəm ki, əlinizdə Laçın-Xankəndi yolundakı vətəndaş cəmiyyəti institutlarının etiraz aksiyaçılarının ərzaq, dərman və əsas ləvazimatları daşıyan yük maşınlarına maneçilik yaratmaları barəsində məlumatlar var. Həmin məlumatları bizimlə də bölüşməyinizi xahiş edirəm ki, Azərbaycan Ombudsmanı olaraq müvafiq tədbir görə bilim. Əks halda sizin bəyanatlarınız Azərbaycana qarşı əsassız ittihamlardan başqa bir şey deyil", - o, məktubunda qeyd edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 24.01.23 14:55