Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtına namizədliyi irəli sürüləcək
Şuşanın 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.
Bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyini, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırıb.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!