20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |     18:13 "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"  |     18:11 Yaponiyanın Sakuracima vulkanı püskürüb - VİDEO  |    
Əli Məsimli: “Türkiyədə qiyməti 3 manat olan dərman Azərbaycanda 39 manata satılır”
Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün məcəllənin qəbul olunması önəmlidir:

"Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır: Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu. Xalq istehlak malları hətta 20%-dən 92%-ə qədər artıb”.

Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:

"İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəyəm. Türkiyədə qiyməti 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını, düşünürəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

Bundan başqa, deputat deyir ki, pensiya yaşı ilə bağlı müraciətlər var:

"Müəllimlər və həkimlər qalıb işləmək istəyirlər. Pensiya yaşına çatana qədər insanların bir hissəsi dünyasını dəyişir, pensiya yaşının 65-ə çatdırılması tələskənlikdir. Pensiya yaşına baxmaq üçün yenidən dinləmələrin keçirilməsini təklif edirik”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 24.01.23 13:24