21:49 Türkiyə klubu zəlzələyə görə ölkə çempionatında iştirakını dayandırır  |     21:42 Naxçıvanda İMEİ kodları saxtalaşdırılan telefonlar aşkarlandı  |     21:36 Sabirabadda evdə yanğın olub  |     21:21 Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır"  |     21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |    
Prezident: “Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar”
“Təəssüf ki, Ermənistan bizim sülh sazişinin imzalanması ilə bağlı təklifimizə cavab vermədi. Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur. O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.

Dövlətimizin başçısı deyib:

“Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            810 19.01.23 22:32