21:06 Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq  |     20:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb  |     20:52 İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB  |     20:45 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib  |     20:37 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir  |     20:31 56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı - FOTO  |     20:25 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır  |     20:18 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaraq, etirazlarını davam etdirir  |     20:10 Türkiyənin Naxçıvandakı Baş konsulundan yardımla bağlı açıqlama - VİDEO  |     19:59 Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO  |     19:50 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO  |     19:43 Övladları məktəb və bağçaya gedən VALİDEYNLƏRƏ MÜRACİƏT EDİLDİ  |     19:35 Suriyada zəlzələ qurbanlarının sayı 2000-i ötdü  |     19:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı  |     19:19 Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub  |     19:02 İskəndərun limanındakı yanğın söndürüldü – FOTO  |     18:52 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır  |     18:49 FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO  |     18:43 Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"  |     18:27 Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri ilə görüşdü  |    
Rusiyada tanınmış bakılı yazıçı vəfat edib
Rusiyalı nasir İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

Bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semyonova məlumat verib.

Onun sözlərinə görə, Ştemler koronavirusun təsirindən vəfat edib.

“Bir həftə reanimasiyada qaldı. Yanvarın 18-də qeyd edəcəyimiz 90 illik yubileyinə cəmi bir ay yarım qalmış dünyasını dəyişdi”, - deyə o, əlavə edib.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində anadan olub.

O, “Qalmaq üçün getmək” (“Uyti, çtobı ostatsya”), “Taksi parkı” (“Taksopark”), “Univermaq”, “Arxiv”, “Qatar” (“Poyezd”), “Cənnətdə tənhalar” (“Odinokiye v rayu”) və s. əsərlərinin müəllifidir. Ştemlerin romanları teatrda və televiziyada tamaşaya qoyulub. 1986-cı ildə isə rejissor Vyaçeslav Sorokin tərəfindən “Taksi parkı”nın süjeti əsasında “Gediş haqqı” (“Plata za proyezd”) filmi lentə alınıb.

İlya Ştemler “Aleksandr Volodin”, “Tsarskoye Selo”, “Nikolay Qoqol” kimi mükafatlara layiq görülüb.

Mənbə: TASSскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 03.12.22 17:49