23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
Nazirlikdə Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş olub
Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə həmçinin Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans da iştirak edib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib.

Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır.

Ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğulayan nazir bildirdi ki, yüksək keyfiyyətli müalicəsi ilə tanınan Belçika Səhiyyə Xidməti dünyada ən yaxşılardan hesab olunur:

“Eyni zamanda, Belçika əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir”.

Öz növbəsində İBA-nin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Kirill Makarenko və “Orfit Industries” şirkətinin nümayəndəsi Yoxan Foke Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğuladılar. Bildirildi ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək texnologiyalı tibbi avadanlıqlar istehsal edən İBA şirkəti proton terapiyası və dozimetriya sahəsində liderdir. Həmçinin şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqlar istehsal edən “Orfit Industries” şirkəti xəstələrin immobilizasiyası və yerləşdirilməsi üzrə dünya üzrə aparıcı təchizatçıdır.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə apardılar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 24.11.22 19:02