Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt |
Mojo.az Avto
Mojo.az Avto

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

08.01.2025 16:17 2 415
Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi ("Vətən-N Mühafizə" MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıb.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gediblər.

Xalq artisti bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:

"Notariatda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır".

Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.

"MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:

"Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur".

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident ötən il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin ittiham olunduğu cinayət işinə də Binəqədi Rayon Məhkəməsində baxılır.

Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev "Medera Hospital"dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

Son xəbərlər