23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır
Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər aparılır.

Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da var.

Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verilən şəxs Fərhad Əhmədovdur.

Fərhad Əhmədovun köməkçisi manset.az-a açıqlamasında Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.

Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı açıqlama verməyib.

İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.

Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 23.11.22 21:32