23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
Azərbaycandan Rusiyaya keçmək istəyən 9 əcnəbi saxlanılıb
Noyabr ayının 21-də saat 05:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 9 (doqquz) nəfər Pakistan vətəndaşları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 23.11.22 20:41