Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxacaq.
37 yaşlı idmançı dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.
Ağayev rəsmi instaqram hesabında istəyinin kəməri qazanmaq olduğunu bildirib: "Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəyəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacağam".
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!