23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
İlham Əliyev: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın”
“Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Bu sözləri Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxış edən zaman deyib.

O bildirib ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq:

“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 27.09.22 14:44