“Mir” kartları yeni çətinliklə üzləşib: Türkiyə bankları da bu ödənişlərdən imtina edirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

“Mir” kartları yeni çətinliklə üzləşib: Türkiyə bankları da bu ödənişlərdən imtina edirlər
"Mir” ödəniş sisteminin kartları yeni çətinliklərlə üzləşib. İndi onlar Ermənistan, Qazaxıstan və Vyetnam bankları tərəfindən qəbul edilmir. Rusiyaya bağlı ödəniş sistemi ilə işləməkdən imtinaya səbəb isə ABŞ və Avropa ölkələrinin sanksiyalarıdır. Belə ki, banklar ikinci dərəcəli məhdudiyyətlərə düşməkdən qorxur və Rusiya sistemi ilə əməkdaşlıq naminə riskə getməyə hazır deyillər.

Ermənistan "Mir” kartlarına xidmət göstərməyi tamamilə dayandırıb. Mərkəzi Bank hər bir kommersiya bankına Rusiyanın ödəniş sistemi ilə əməkdaşlıq risklərini müstəqil həll etmək və qiymətləndirmək hüququ verib, lakin yerli banklar riskə getməyib və belə kartlara xidmət göstərməyi dayandırıblar. "Mir” kartları ilə bağlı analoji tədbirlər Qazaxıstanın ən böyük bankı "Halık”da və Vyetnamın ən böyük banklarından biri olan BIDV-də həyata keçirilib - Kartlara artıq onlar tərəfindən xidmət göstərilmir.

Qeyd edək ki, "Mir” kartlarından səkkiz ölkədə istifadə olunurdu. Rusiyanın ödəniş sistemində problemlər ABŞ və Avropa İttifaqının ən böyük bankları "Mir” sistemi ilə işi gücləndirən Türkiyəyə qarşı təhdidlərindən sonra başlayıb. Bununla belə, Qərb ölkələrinə Rusiya ilə əməkdaşlıq və sanksiyalardan yayınmaqda mümkün yardım barədə xəbərdarlıq etdikdən sonra türk bankları "Mir” kartı ilə işləməkdən imtina etməyə başlayıblar.

Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, bir sıra ölkələrin "Mir” ödəniş sistemindən imtinası nəticəsində Rusiya heç bir bankdan pulu nə qəbul edə, nə də göndərə biləcək:

"Sanksiyalar çərçivəsində bildiyiniz kimi, Rusiyanın bank sistemi SWİT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir”sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Qərb isə Rusiyanın bu oyununa gedən ölkələrə təzyiq edib ki, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onlar "Mir” ödəniş sistemindən çıxsın. Əks təqdirdə, Rusiyaya yönəlik sanksiyalar "Mir”dən istifadə edən digər ölkələrə də şamil edilə bilər. Bunun nəticəsi olaraq əvvəl Rusiyanın oyununa gedən ölkələr indi "Mir” ödəniş sistemindən imtina etməyə başlayıblar. Belə vəziyyət isə Rusiyanın bütünlüklə bloklanması deməkdir. Şimal ölkəsinin bank sistemi bloklanacaq. Rusiya heç bir bank sistemindən nə pul qəbul edə, nə də göndərə bilməyəcək”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 22.09.22 23:18