Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:40 Media və Yayım Şurası bu telekanalı cərimələdi | 20:28 Parkda tapılan azyaşlının valideyni cəzalandırıldı | 20:20 Kərə yağından sonra duru yağ da bahalaşdı | 19:56 Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib | 19:33 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında | 19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? |
Mojo.az Avto
Mojo.az Avto

COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR

31.10.2024 13:08 2 139
COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR
Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb.

Həmin küçə və prospektlər bunlardır:

Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi.

Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.

COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq?


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.

"Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib.

COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq?

COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub.

Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
//oxu.az

Son xəbərlər