Litva Rusiya və Belarus telekanalları üçün efiri bağlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Litva Rusiya və Belarus telekanalları üçün efiri bağlayıb
Rusiya və Belarus televiziya kanalları növbəti iki il ərzində Litvada efirdən yayınlanmayacaq.

İctimai məlumat haqqında qanuna müvafiq düzəlişlər cümə axşamı Litva Seyminin (parlamentinin) plenar iclasında qəbul edilib. Dəyişikliyin lehinə 113 deputat səs verib, 4 deputat bitərəf qalıb. Yeni qadağa 2024-cü il oktyabrın 1-dək qüvvədə olacaq.

“Biz informasiya məkanımızı dezinformasiya axınından qorumalıyıq ki, bu da milli təhlükəsizliyin fiziki təminatından heç də az əhəmiyyət kəsb etmir”, - deyə dəyişikliklərin təşəbbüskarı olan parlamentin mədəniyyət komitəsinin sədri Vitautas Juozapitis Seymdəki çıxışı zamanı qeyd edib.

“Rusiya və Belarusu informasiya senzurasına görə tənqid etməklə yanaşı, özünü demokratik ölkə hesab edən Litva da eyni yolla gedir. Gəlin insanlara bütün mənbələrdən məlumat almaq imkanı verək, onlar öz seçimlərini etsinlər”, - bunu parlamentdə azlıqda qalan Rusiyaya loyal münasibəsi ilə seçilən deputat Petras Qrajulis bildirib.

Sentyabrın 12-də Litvanın mədəniyyət nazirinin müavini Vygintas Gasparaviğius deyib ki, fövqəladə vəziyyət ləğv edilərsə, məzmunu "aqressiv siyasi təbliğatdan" azad olan bəzi Rusiya və Belarus telekanalları Litva efirinə qayıda bilər. O bildirib ki, fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanda aşağıdakı göstərişlər var:

Rusiya və Belarusun nəzarətində olan və onlar tərəfindən maliyyələşdirilən bütün telekanallara çıxış, nə göstərməsindən asılı olmayaraq dayandırılır.

Sentyabrın 13-də Seym sərhəd zonası üçün fövqəladə vəziyyətin müddətini uzadılması barədə qərar verib, lakin onun bütün ölkə ərazisində qüvvədə olacağı da qeyd edib. Bu isə Rusiya və Belarus telekanallarının bir qisminin efirə qaytarılması imkanlarını aça bilər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 22.09.22 21:34