Daşaltı kəndinə ekoturizm marşrutları yaradılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Daşaltı kəndinə ekoturizm marşrutları yaradılacaq
Dövlət Turizm Agentliyi Şuşa rayonunun Daşaltı kəndinə ekoturizm marşrutları yaratmağı planlaşdırır.

Bu barədə "Report"a qurumun sədr müavini Azadə Hüseynova məlumat verib.

"Daşaltı kəndinə müxtəlif piyada yollarının təşkil edilməsi, eləcə də bu ərazini Şuşa şəhəri ilə birləşdirən piyada yolun tədqiq edilməsi və öyrənilməsi nəzərdə tutulur. Daşaltının ekoturizm imkanları genişdir. Konseptual olaraq bu məsələni işləmişik, reallaşması isə tam olaraq bizdən aslı deyil, çünki təhlükəsizlik baxımından digər qurumlarla razılaşdırılmalıdır. Növbəti illərdə çalışacağıq ki, bu istiqamətdə real işlər görülsün”, - deyə o, qeyd edib.

A.Hüseynovanın sözlərinə görə, hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsidir: “Şuşa zəngin mədəni irsi ilə Azərbaycanın mədəniyyət paytaxtıdır. Hazırda turizm nöqteyi nəzərdən planlardan birincisi Şuşanın mədəni məkanı kimi inkişaf etdirilməsidir. Artıq müxtəlif qurumlar birgə Şuşaya turlar təşkil edir".

Xatırladaq ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir qədər əvvəl bəyan edib ki, şəhərin girişində - Daşaltı kəndində turizm mərkəzləri tikiləcək və bu, Şuşanın turizm potensialını daha da artıracaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 22.09.22 20:09