Rusiyada səfərbərlik əleyhinə mitinqə çıxan kişilərə çağırış vərəqəsi gəlib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Rusiyada səfərbərlik əleyhinə mitinqə çıxan kişilərə çağırış vərəqəsi gəlib - FOTO
Rusiyada səfərbərliyə qarşı etirazlar zamanı saxlanılan kişilərin əksəriyyətinə çağırış vərəqəsi veriblər.

Məlumatı təsdiq edən fotoları sosial şəbəkələrdə aksiyada iştirak edən şəxslər paylaşıblar.

Həmin şəxslərə tibbi müayinədən keçmək üçün hərbi komissarlığa yaxınlaşmaq tapşırılıb. Çağırış vərəqəsini imzalamaqdan imtina edənlər isə cinayət işi ilə hədələniblər.

Xatırladaq ki, dünən – sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Putin bəyan edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Bu qərara etiraz edən bəzi Rusiya vətəndaşları ölkənin müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçiriblər. Təkcə ötən gecə keçirilən aksiyalarda 1 026-dan çox adam saxlanılıb.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            411 22.09.22 16:33