Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”
“Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər”.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi müraciətində elan etdiyi əsas qərarları özünün “Telegram” kanalında şərh edərkən yazıb.

O, birləşmiş bütün ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyini vurğulayıb.

“Rusiya bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, həm də özünün istənilən silahından, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə oluna biləcəyini açıqlayıb”, - deyə Medvedev əlavə edib.

O, NATO generallarının hədələrini də cavablandırıb.

“Hipersəs raketlərinin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmasına zəmanət verilir”, - deyə o bildirib.

Medvedev yekunda qeyd edib ki, Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları Rusiyanın öz yolunu seçdiyini və artıq geriyə yol olmadığını başa düşməlidirlər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskvanın bütün mümkün vasitələrdən istifadə edəcəyini deyərək, bunun blef olmadığını vurğulayıb və ölkəni nüvə silahı ilə şantaj etməyə çalışanlara “küləyin istiqamətinin onlara tərəf dəyişə biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün növ silahların, o cümlədən nüvə triadasının onlara verilən tapşırıqları yerinə yetirdiyini bildirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 22.09.22 15:19