Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək
Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 6 sayda müntəzəm marşrutun (M8,1, 62,184, 214 və H1 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Dəyişikliyə əsasən:

M8 nömrəli marşrutun hərəkət sxemi Maştağa qəsəbəsi istiqamətində dəyişdirilərək “Koroğlu” yolqovşağı – “Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;

1 nömrəli marşrutun hərəkət sxemi “Neftçilər” m/st istiqamətində dəyişdirilərək “Koroğlu” yolqovşağı – “Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Ziya Bünyadov prospekti – “Qara Qarayev” prospekti daha sonra öz hərəkət sxemi üzrə;

62 nömrəli marşrutun hərəkət sxemi Sabunçu qəsəbəsi istiqamətində dəyişdirilərək Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

184 nömrəli marşrutun hərəkət sxemi Suraxanı qəsəbəsi istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;

214 nömrəli marşrutun hərəkət sxemi Ramana qəsəbəsi istiqamətində dəyişdirilərək İlham Müzəffəroğlu küçəsi – Tofiq Abbasov küçəsi - Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

H1 nömrəli marşrutun hərəkət sxemi Hava Limanı istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 19.08.22 20:43