22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - VİDEO  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Kanada Ukraynaya 373 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 Niderlandda sənaye zonasında güclü yanğın baş verib  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 Bakıda gənc qızı avtomobil vurub  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 Somalidə silahlılar otelə hücum edib, ölənlər var  |     19:04 Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |    
Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?
Dəriyə qulluq zamanı bəzi prosesləri doğru bilərək məhz onların tətbiqinə üstünlük veririk.

Ancaq bəzi doğru bildiyimiz yanlışlar var ki, bunlar dəriyə mənfi təsir edə bilər.

Dermatec Poliklinikasının dermatologiya üzrə mütəxəssisi dr. Ata Nejat Ertekin fikrincə, gözəlliklə bağlı doğru bilinən yanlışlar bunlardır:

- Qara nöqtələrdən bantların köməyilə xilas ola bilərsiniz. Bu,yanlışdır. Çünki qara nöqtə bantları sadəcə burundakı çirkləri təmizləyir, məsamələrdə olan qara nöqtələri çıxarmaq gücündə deyil. Bantın üzərində görünən isə səthi çirklərdir.

- Selülitlərə qarşı kremlər. Bu da yanlışdır. Selülitlə mübarizədə müəyyən krem və ya gellər möcüzəvi təsir göstərə bilməz. Selülitdən qurtulmaq üçün dermatoloqa müraciət edərək onun məsləhəti ilə doğru vasitələri seçmək lazımdır.

- Günəş kremi sadəcə yayda çəkilə bilər fikri yanlışdır. Günəşin yaydığı UVA şüaları (qırışlara səbəb olanlar) bütün il boyu eyni dərəcədə güclü şəkildə əks olunurlar. Siz gözünüzlə görməyə bilərsiniz amma UVB və UVA şüalarına məruz qalan dəri yaşlılıq ləkələri, qırışıqlıqlar və ya ən pis halda dəri xərçəngi kimi ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəbdən də qışda belə üzünüzə, əllərinizin dəri növünə uyğun günəşdən qoruyucu krem çəkməlisiniz.

- Yağlı cildin nəmləndiriciyə ehtiyacı yoxdur. Yanlış fikirdir. Nəmləndirici - sağlam dəri hüceyrələrinin qorunmasında əhəmiyyətli komponentdir. Yağlı dərilərin də digər dəri növləri kimi nəmləndirilməyə ehtiyacı var. Əgər dəriniz yağlıdırsa, yağsız, su əsaslı olanlara üstünlük  verməlisiniz.

- Civzəni sıxsan xilas olarsan. Yanlışdır.  Tam əksinə, civzə əsla sıxılmamalıdır. Çünki sıxıldıqda civzənin içində olan infeksiyanı və iltihabı da yaymış olarsınız ki, bunun da nəticəsində həm üzdə izlər əmələ gəlir, həm də daha da böyüyür.

- Üzünüzü nə qədər çox yusanız, o qədər yaxşıdır fikri yanlışdır. Dərinizin yağ balansı var. Hər istədiyiniz zaman dəri təmizliyi üçün üz yumaq bu təbii balansı poza bilər. Çox təmizlənən dəri qıcıqlana, yağ balansı pozulduğu üçün sağlam görünüşünü itirə bilər.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            672 18.08.22 23:18