Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər.

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb.

Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcəkскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 05.08.22 23:07