Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub

06.09.2024 18:31 2 367
Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ronaldu üçün bu qol karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın "Real" komandasında 450 qol vurub, 131 qolla Portuqaliya millisinin bombardiridir. O, həmçinin İngiltərə "Mançester Yunayted"ində 145, İtaliya "Yuventus"unda 101, Səudiyyə Ərəbistanı "Əl-Nəsr"ində 68, Portuqaliya “Sportinq”ində 5 qol vurub.

FIFA-nın məlumatına görə, Ronaldu 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən məhsuldar futbolçu olub. Biçan təxminən 805 qolun müəllifidir, vurulan qolların dəqiq sayı məlum deyil. O, 1931-1957-ci illərdə oynayıb.

Ronaldunun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. O, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

Son xəbərlər