Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

06.09.2024 17:51 1 755
SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Halliburton" şirkəti arasında "Texniki xidmətlərin göstərilməsi"nə dair Sazişi imzalanıb.

Median.Az
SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və "Halliburton" şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, "Günəşli" yatağı Bakı şəhərindən 120 km şərqdə, "Neft Daşları" yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. "Günəşli" qırışığı "Çilov-Neft Daşları" antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12.5 km, eni 4.0 km-dir.

Hazırda "Günəşli" yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201.3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.

Qeyd edək ki, "Günəşli" yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6.7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6.6 milyard m3 olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Yataq SOCAR-ın "Azneft" İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxarma İdarəsi tərəfindən istismar olunur.

Son xəbərlər