Temza çayının mənbəyi ilk dəfə quruyub
Böyük Britaniyada yağmursuz hava şəraiti və yüksək temperatur Temza çayının mənbəyinin tarixdə ilk dəfə qurumasına səbəb olub.
Bu barədə “The Guardian” qəzeti İngiltərə, Uels, Şimali İrlandiya və İrlandiya Respublikasında şirin su ekosistemlərini qoruyan və mühafizə edən “Rivers Trust” ekoloji təşkilatına istinadən yazıb.
Qeyd olunub ki, indi çayın İngiltərənin cənub-qərbindəki Qlosterşir qraflığında Cirencester şəhəri yaxınlığındakı mənbəyi 5 mil (8 km) aşağıya doğru irəliləyib. Qlosterşirdən başlayan və uzunluğu 330 km olan Temza çayı Britaniya paytaxtından şərqdə, Şimal dənizinə tökülür. Eni 250 m-ə çatan çay Vindzor, Oksford, London da daxil olmaqla bir sıra Britaniya şəhərlərindən keçir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!