Ukraynada 344 uşaq müharibədə həlak olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Ukraynada 344 uşaq müharibədə həlak olub
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 344 uşaq həlak olub, 640-dan çox uşaq yaralanıb.

Baş Prokurorluq əlavə edib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Zərərçəkmiş uşaqların əksəriyyəti son həftələr döyüşlərin intensiv getdiyi Ukraynanın şərq torpaqlarında - Donetsk vilayətindədir.

Xarkovda 185, Kiyev vilayətində 116, Çerniqovda 68 və Luqanskda 61 uşaq müharibənin təsirinə məruz qalıb, Nikolayev, Xerson və Zaporojyedə ölən və yaralanan uşaqlar var.

Baş Prokurorluq bildirib ki, Rusiya silahlı qüvvələrinin bombardmanları və mərmiləri nəticəsində 2102 təhsil müəssisəsi zərər görüb. Onlardan 215-i tamamilə məhv edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 02.07.22 23:01