Azərbaycanda, yoxsa xaricdə dincələk? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Azərbaycanda, yoxsa xaricdə dincələk?
Hər il yay fəsli - turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olur: Azərbaycanda yoxsa xaricdə dincələk?

Təbii ki, həm ölkə daxilində, həm də ölkə xaricində gəzməli-görməli yerlər çoxdur.

Bununla belə, əksər insanlar üçün yerlər arasında seçim etmək maddi imkanlara bağlıdır. Yəni, az büdcə ilə istirahət etmək istəyənlər Azərbaycanda, çox büdcə ilə istirahət etmək istəyənlər isə Azərbaycandan kənarda dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, bəzən ölkə daxilindəki hotellərin qiymətləri ölkə xaricindəki hotellərin qiymətlərini üstələyir. Sadəcə aviabiletlərə çəkilən xərc hesabına xarici turizm daxili turizmdən baha başa gəlir.

"Report" mövzunu turizm sahəsi üzrə mütəxəssislərlə müzakirə edib.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev deyir ki, adətən azərbaycanlılar yayda Türkiyənin Antalya bölgəsində istirahət etməyə çalışırlar və Azərbaycanla kəskin qiymət fərqi ilk növbəti buradan yaranır: "Antalyada qiymətlər aviabilet nəzərə alınmadan belə olduqca yüksəkdir. Hətta müharibə şəraitində olan Rusiya və Ukraynadan da Antalyaya dincəlməyə gedənlər çoxdur. Amma mən Türkiyəyə istirahətə getmək istəyən şəxslərə Antalya kimi çimərliyi olan yerlərə deyil, İstanbul kimi mərkəz şəhərlərə getməyi məsləhət görərdim. Doğrudur, oradakı hotellərdə yalnız səhər yeməyi verilir. Amma onsuz da ora istirahətə gedən şəxsin məqsədi hoteldə qalmaq yox, gəzmək olur. Antalya kimi istirahət mərkəzlərinə qış aylarında, 30-50 %-ə qədər endirim tətbiq olunan vaxtlarda göndəriş almağı məsləhət görürəm".


Ə.Şiriyev yerli hotellərdə da qiymətlərin yüksək olduğunu təsdiqləsə də, əlavə edir ki, bahalıq olsa da, turistik məkanların heç birində boş hotelə rast gəlmək mümkün deyil.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, 4-5 ulduzlu, xüsusilə şəbəkə hotellərində dincəmək istəyənlər üçün ölkənin heç bir əhəmiyyəti yoxdur. Çünki həmin hotellərin qiymətləri ölkələr üzrə bir o qədər də fərqlənmir.

“Digər hotellər isə turizm bazarında yaranan tələblər əsasında təkliflərini edirlər. Yerləşmə vasitələrində qiymətlərin baha olması haqqında çoxlu sayda fikirlər söyləyirlər. Mən də qismən bu fikirlərlə razılaşıram. Düşünürəm ki, kiçik və orta biznes subyektləri olan yerləşmə vasitələrinin inkişafına və sayının artırrılmasına xüsusi diqqət yetirilməlidir. Bu seqmentə kiçik hotellər, butiklar, qonaq evləri, rezidensiyalar, apartamentlər, hostellər, kənd evləri, çadır şəhərcikləri və s. aid edilirlər. Belə müəsissələrin təklifləri artdıqca, turizm bazarında sağlam rəqabət yaranacaq, qiymətlər düşəcək. Bununla da, biz turizm və qonaqpərvərlik xidmətlərinin əlçatanlığını artıra və sənayenin daha da davamlı inkişafını təmin edə bilərik. Bunları təmin etmək üçün turizmin dövlət tənzimlənməsi prosesləri ən vacib rol oynayır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 02.07.22 21:47