Əfsanəvi sovet cizgi film obrazının yaradıcısı vəfat edib
Sovet animasiyasının klassiki, əfsanəvi rejissor-animator Leonid Şvartsman 101 yaşında vəfat edib.
Bu barədə “Soyuzmultfilm”in baş redaktoru Sergey Kapkov məlumat verib.
“Leonid Aronoviç Şvartsman aramızdan getdi”, - deyən Kapkov rejissorun ölümünün təfərrüatını açıqlamayıb. Avqustda Şvartsmanın 102 yaşı tamam olacaqdı.
O, quruluşçu rəssam kimi Roman Kaçanovun “Timsah Gena” cizgi filmində “Çeburaşka”nın vizual obrazının yaradılmasında iştirak edib.
O, həmçinin “Qar kraliçası” (“Снежная королева”), “Milis - Styopa dayı” (“Дядя Степа - милиционер”), “Qırmızı çiçək” (“Аленький цветочек”), “38 tutuquşu” (“38 попугаев”) və “Hav adlı pişik” (“Котенок по имени Гав”) cizgi filmləri üzərində işləyib.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!