Ağstafada iki yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Ağstafa rayonu ərazisində ard-arda iki yol-nəqliyyat hadisəsi olub
“Report” xəbər verir ki, hadisələrdən biri Poylu qəsəbəsində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.
Digər hadisə isə 3 avtomobilinin iştirakı ilə baş verib. Zəncirvari avtomobil qəzası zamanı 1 nəfər xəsarət alıb.
Hər iki qəzada xəsarət alanlar 1989-cu il təvəllüdlü S.Mukavadze, 1970-ci il təvəllüdlü S.Kərimova və daha bir nəfər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!