Prokurorluq Kiyevdə odlu silahla öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”  |     22:31 Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb  |     22:18 Türkiyədə yaşayış evləri yaxınlığında meşə yanğını baş verib  |     22:15 Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan Buzova tapıldı  |     22:06 Pakistanda terror aktı: Ölən və yaralananlar var  |     21:51 Göyçayda dördotaqlı ev yanıb kül oldu  |     21:43 Basketbol millimiz qələbə qazandı  |     21:35 Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb  |     21:32 Yumurtanın faydaları və zərəri  |     21:24 Mədədə qıcqırma hissi niyə yaranır?  |     21:19 Evdə dəfnə yarpağı yandırmağın FAYDALARI  |     21:15 Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur  |     21:02 “Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılır  |     20:57 İslamiada: Azərbaycan 10-cu qızıl medalı qazanıb  |     20:07 Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb  |     20:00 Azərbaycanda ictimai iaşə dövriyyəsi 1,5 dəfə artıb  |     19:31 Polşanın Baş naziri Odra çayının çirklənməsinə görə iki məmuru işdən çıxarıb  |     19:25 Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb  |     19:17 ABŞ 80 ildən sonra NATO-nun şərq ölkələrinə hava-desant qüvvələri göndərəcək  |     19:09 Basqalın tarixi məscidi bərpa olunacaq – AÇIQLAMA  |    

Prokurorluq Kiyevdə odlu silahla öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 2020-ci il oktyabrın 21-ində istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Baş Prokurorluqda aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlu yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq fikrinə düşüb.

Bu məqsədlə Y.Həsənov 2018-ci il iyulun 3-də tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə 9 mm kalibrli tapança ilə silahlanıb. Onlar Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəliblər.

Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Y.Həsənovun Davud Ağayevə yaxınlaşıb, yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.

2021-ci il oktyabrın 28-i Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 02.07.22 13:19