Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri rekord nəticə göstərib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri rekord nəticə göstərib
İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan Azərbaycan milli komandasının 5 üzvü fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.

Beləliklə, yığma komandanın qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari qitə birinciliyi də Azərbaycan güləşi üçün rekord nəticə ilə başlayıb. İlk dəfə bu yaş qrupu üzrə çempionatda yunan-Roma güləşində 102 xal toplanılıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricisi 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 30.06.22 18:55