Cəlilabadda minlərlə ton kartof MƏHV OLUR: Fermerlər əlacsız qalıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Cəlilabadda minlərlə ton kartof MƏHV OLUR: Fermerlər əlacsız qalıb - VİDEO
Cəlilabadda tonlarla yığılmayan kartof torpağın altında çürüməkdədir.

Üstəlik yığılmış məhsul qiymətlərin 20 qəpiyə qədər enməsi nəticəsində fermer üçün əlverişsiz iqtisadi reallıq yaradıb. Hər iki halda məhsul məhv olmağa doğru gedir.

Qeyd edək ki, bu il rayonda 5 min hektardan çox ərazidə kartof əkilib. Mövsümün əvvəlində cənub bölgəsində kartofun iqlimə uyğun tez yetişməsi məhsula ciddi tələbat yaradır. Ənənəvi Rusiya bazarında da mövsümün əvvəlində Azərbaycan kartofuna ciddi ehtiyac duyulur. Sonrakı proses isə fermerlərin əleyhinə işləməyə başlayır - məhsulun daxili bazarda səmərəli iqtisadi satışı mümkünsüz hala gəlir.

Xatırladaq ki, mövsümün əvvəlində kartofun topdansatış qiyməti hətta bir manata qədər yüksəlmişdi. Üstəlik nə qədər çətin də olsa, ənənəvi Rusiya bazarına kifayət qədər məhsul göndərmək mümkün olub. Bu il qonşu ölkəyə 57 min ton Cəlilabad kartofu göndərilib. Hazırda isə bu xarici bazara öz yerli məhsulu daxil olduğundan Azərbaycan kartofunun ixracına ehtiyac duyulmur. Ənənəvi problem isə birdir - fermerlərin münasib zamanda və münasib qiymətə satmaq üçün məhsulu saxlama soyuducuları yoxdur. Rəsmi məlumatlara görə, hazırda Cəlilabad fermerlərinin 200 hektara yaxın məhsulu torpaqdan toplanmamış saxlanılır.

Daha ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            288 30.06.22 15:50