Daha 7000 nəfərə “Müharibə veteranı” adı verildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib”  |     22:31 Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb  |     22:18 Türkiyədə yaşayış evləri yaxınlığında meşə yanğını baş verib  |     22:15 Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan Buzova tapıldı  |     22:06 Pakistanda terror aktı: Ölən və yaralananlar var  |     21:51 Göyçayda dördotaqlı ev yanıb kül oldu  |     21:43 Basketbol millimiz qələbə qazandı  |     21:35 Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb  |     21:32 Yumurtanın faydaları və zərəri  |     21:24 Mədədə qıcqırma hissi niyə yaranır?  |     21:19 Evdə dəfnə yarpağı yandırmağın FAYDALARI  |     21:15 Salman Rüşdiyə hücum edən şəxs adam öldürməyə cəhddə ittiham olunur  |     21:02 “Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılır  |     20:57 İslamiada: Azərbaycan 10-cu qızıl medalı qazanıb  |     20:07 Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb  |     20:00 Azərbaycanda ictimai iaşə dövriyyəsi 1,5 dəfə artıb  |     19:31 Polşanın Baş naziri Odra çayının çirklənməsinə görə iki məmuru işdən çıxarıb  |     19:25 Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb  |     19:17 ABŞ 80 ildən sonra NATO-nun şərq ölkələrinə hava-desant qüvvələri göndərəcək  |     19:09 Basqalın tarixi məscidi bərpa olunacaq – AÇIQLAMA  |    

Daha 7000 nəfərə “Müharibə veteranı” adı verildi - RƏSMİ
Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            369 30.06.22 15:32