Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi - 30 İyun Sevgililər Günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək  |     23:01 Çin Tayvana səfər edən litvalı nazir müavininə sanksiya tətbiq etdi  |     22:52 677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU  |     22:45 Hərbçilərin sosial sığorta sistemində YENİLİK  |     22:31 Samuxda sakinlər yeni evlərinə köçə bilmir - SƏBƏB - VİDEO  |     22:27 Avropada qazın qiyməti 2500 dollara çatıb  |     22:18 Klub tarixinin ən bahalı futbolçusu oldu  |     22:07 İcra başçısı: "Qubadakı meşə yanğını ilə bağlı günahkarlar öz cəzalarını alacaqlar"  |     22:01 Qubada un qıtlığı - İnsanlar saatlarla növbə gözləyir - VİDEO  |     21:54 Qanda xolesterini salan əsas qidalar - AÇIQLANDI  |     21:46 İstidə infarkt riski artır - Qorunmağın yolları  |     21:40 Çində heyvandan insana keçən yeni virus tapıldı  |     21:34 Qazi və şəhid ailələrinə psixoloji yardım üçün Türkiyədən 20-dən artıq mütəxəssis gətiriləcək  |     21:31 Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi  |     21:17 Eyfel qülləsi rənglənəcək  |     21:09 “VPN” istifadə etməyin zərərləri nələrdir?  |     21:03 Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     20:55 Kəlbəcərdə çətənə kolları məhv edilib  |     20:51 Bakıda avtomobil dirəyə çırpılaraq yandı  |     20:43 Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək  |    

Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi - 30 İyun Sevgililər Günüdür
30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır.

1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir.

Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

Belə ki, İlham və Fərizə cütlüyünün faciəli məhəbbət hekayəti milyonlarla azərbaycanlını kədərə boğub. Bu günün tarixçəsi qəmli olsa da, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.

Həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. Fərizə doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirərək sirkə içdi, bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumdu.

İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.

Qeyd edək ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 30.06.22 13:39