“Qudyalçay” qum-çınqıl yatağında oğurluq: 48 min manatlıq ziyan dəydi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

“Qudyalçay” qum-çınqıl yatağında oğurluq: 48 min manatlıq ziyan dəydi
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı, Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları ilə bağlı araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında vətəndaş Qafar Rzayevə ayrılmış ərazidə kənar şəxslər tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində 48 min 735 manat ziyan dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bundan başqa, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyiliyinin vəzifəli şəxsi tərəfindən qulluq mənafeyinə zidd olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması, həmin ərazidə tikinti işlərinin aparılması faktına görə Cinayət Məcəlləsinin 188.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Lerik Rayon Prokurorluğuna göndərilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 23.06.22 15:41