Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video |
Mojo.az Avto
Mojo.az Avto

"Kurtlar Vadisi"nin məşhur aktyoru Azərbaycanda cərimələndi (SƏBƏB)

23.07.2024 17:24 2 334
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Güllü Erhan obrazını canlandıram aktyor Erhan Ufak cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti aktyora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Ehan Ufak qərardan məhkəməyə şikayət edib. İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Firuzə Kərimova iş üzrə hakim təyin edilib.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir.

Erhan Ufak bu ilin fevralında eyni maddə ilə cərimələnmişdi.

Məlumata görə, aktyor Azərbaycanda "Sənət Akademiyası" açıb. Bu səbəbdən, Erhan Ufak vaxtaşırtı Azərbaycana gəlir. Ehtimal olunur ki, aktoyorun cərimələnməsi "Sənət Akademiyası"na görədir.

Son xəbərlər