Balakəndə evi ildırım vurdu, yanğın oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Balakəndə evi ildırım vurdu, yanğın oldu
Balakəndə fərdi yaşayış evini ildırım vurub.

APA xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otaq əşyaları ilə birlikdə tam yanıb.

Otaqlar və aynəbəndin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, fərdi yaşayış evində baş verən yanğın evi ildırım vurması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 23.06.22 12:36