Lökbatan qəsəbəsinin küçələri təmir edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Lökbatan qəsəbəsinin küçələri təmir edilir
Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan bu işlər 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.

Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi və 2800 metr uzunluğa malik Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparılır. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Yenidənqurma işləri çərçivəsində küçələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib. Hazırda hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 22.06.22 22:26