Tbilisidə Bülbülün xatirəsi yad edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Tbilisidə Bülbülün xatirəsi yad edilib
Bu gün Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasından 125 il ötür.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə böyük sənətkarın Tbilisidəki büstü ziyarət olunub.

Diplomatik nümayəndəliyin əməkdaşları Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva ilə birgə Bülbülün xatirəsini ehtiramla anaraq abidəsi önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, 2015-ci ilin fevralında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin qarşısında açılan büstün müəllifi görkəmli gürcü heykəltaraşı Giorgi Caparidzedir. Azərbaycanın Mədəniyyət Nazirliyi bu yaxınlarda onu “Nizami Gəncəvi - 880” xatirə medalı ilə təltif edib.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)1897-ci il iyunun 22-də musiqi və mədəniyyət beşiyimiz Şuşa şəhərində anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci ilin 26 sentyabr tarixində vəfat edib.

//report
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 22.06.22 20:29