Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda baha internetə əlac tapılıb

22.07.2024 21:49 1 332
Bakıda baha internetə əlac tapılıb
Son günlər aktual olan mövzulardan biri Azərbaycanda internetin qiymətinin artacağı ilə bağlıdır.

Belə ki, bu qərar 15 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minir.

Məlumata görə, "Aztelekom" GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Median.Az https://cebheinfo.az-a istinadən xəbər verir ki, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirərək bildirib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:

"Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır".

Qeyd edək ki, yeni tariflə bağlı məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Vətəndaşlar onlara lazım olan internet həcmindən artığına vəsait ödəmək istəmədiklərini bildirirlər.

Abunəçilər qeyd edirlər ki, əgər ona lazım olan həcmdə internet əldə edirsə və indiki keyfiyyətdən razıdırsa, niyə baha qiymətə internetdən istifadə etməlidir?

Bəzi vətəndaşlar 100 Mbit/s internet üçün heç 25 AZN ödəmək imkanının olmadığını bildirirlər. Beləliklə, sakinlər yeni qərarı nəzərə alaraq bina evlərində artıq internetdən yeni qaydada istifadə etməyi nəzərdə tuturlar. Belə ki, 2-3 qonşu toplaşıb ancaq bir abonentlik götürmək və intenetdən birgə istifadə ilə bahalaşma problemindən çıxış yolu tapıblar. Yəni əgər bir qonşunun internet üçün 25 manat ödəmək imkanı yoxdursa, iki tərəf birləşir, biri abunəlikdən imtina edir, bundan sonra hərəsinə 12,50 AZN ödəməklə bu məsələni həll etməyə qərar verirlər. Çünki "Aztelekom" və digər internet provaderlər baha qiymətə internet istəməyən vətəndaşlara başqa seçim yolu qoymayıb.скачать dle 11.3
Mojo.az Banner