KİV: Avropa Azərbaycandan daha çox qaz təchizatı axtarır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

KİV: Avropa Azərbaycandan daha çox qaz təchizatı axtarır
“Avropa Norveç kimi öz istehsalçılarından və Azərbaycan da daxil olmaqla, digər dövlətlərdən daha çox boru kəməri təchizatı axtarır, lakin əksər istehsalçılar artıq hasilatın həddinə çatmağa çalışır”.

Bu barədə “Reuters” yazıb.

Agentlik Azərbaycan və digər ölkələrin Avropanın enerji təchizatında rolunun artmasına işarə edib.

Vurğulanır ki, Rusiya qaz böhranı dərinləşdikcə Almaniya tənəzzül riski ilə üzləşir:

“İtaliyanın qışda daha dərin böhrandan qaçmaq üçün şirkətlərə qaz anbarını doldurmalarına kömək üçün maliyyə dəstəyi təklif etməyi nəzərdən keçirəcəyini bildirən bir sənaye qurumu çərşənbə axşamı xəbərdarlıq edib ki, Rusiya qaz tədarükü onsuz da zəiflədiyi təqdirdə Almaniya müəyyən tənəzzüllə üzləşəcək.

Şimalda Baltik dənizindən cənubda Adriatik dənizinə qədər məkanda yerləşən Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən sonra enerjini Moskva ilə Qərb arasında iqtisadi mübarizənin mərkəzinə qoymasından sonra tədarük böhranının öhdəsindən gəlmək üçün tədbirlər planı hazırlayıb”, - agentlik vurğulayıb.

Qeyd olunur ki, Aİ üzvləri müharibədən əvvəl qaza olan tələbatının 40 %-ə qədərini Rusiyaya güvənirdi - Almaniya üçün bu rəqəm 55 %-ə yüksəlib – ölkə onsuz da gərgin olan qlobal qaz bazarını doldurmaq üçün böyük boşluğa yol verib: “Bəzi ölkələr buna cavab olaraq kömür elektrik stansiyalarını bağlamaq planlarını müvəqqəti olaraq ləğv etdilər.

Qaz qiymətləri rekord səviyyələrə çataraq, inflyasiyanın artmasına səbəb olub və Avropanı iqtisadi uçurumdan geri çəkməyə çalışan siyasətçilər üçün çətinlikləri artırıb.

Almaniyanın iqtisadi assosiasiyalarından biri 2022-ci il üçün iqtisadi artım proqnozunu fevralın 24-də - müharibə başlamazdan əvvəl gözlənilən 3,5 %-dən yenidən nəzərdən keçirərək 1,5 %-ə endirib. O, Rusiya qazının nəqlinin dayandırılmasının Avropanın ən böyük iqtisadiyyatında tənəzzülü qaçılmaz edəcəyini bildirib”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 22.06.22 19:29