Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Həyat yoldaşının başını kəsən şəxs: “Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm”
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki, qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub.

“Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni vurub qaçdı”.

Təqsirləndirilən şəxs Əsgər Musayev isə şahidin yalan danışdığını bildirib. O qeyd edib ki, narkotik istifadəçisi olan Ayşənin Məmməd Mirizadə ilə sevgi münasibəti olub:

“Mən yoldaşımı evə aparırdım. Məmməd qarşıma çıxdı. Şübhələndim. Başqa yolla gedib onu izləyəndə gördüm ki, Məmməd Ayşənə yaxınlaşdı, başladı onu döyməyə. Mən onlara yaxınlaşıb Məmmədi vurdum. Məmməd zəng vurub dostlarını çağıranda mən qaçdım. Ayşənə narkotik qəbul etməyi Məmməd öyrətmişdi. Qətlə yetirməyimin də səbəbi bu olub”.

Digər şahid, təqsirləndirilən şəxs, Əsgər Musayevin atası Mansur Musayev bildirib ki, oğlu 5 il ailəli olub.

“Əvvəl 2 il yaxşı yaşayıblar. 2 ildən sonra qayınanasının təkidi ilə bizim yanımızdan köçdülər. Bir müddət aralarında problem yarandı. Ondan sonra ailədə problemlər daha da artdı. Eşitdim ki Ayşən başqa kişilərlə görüşür. Bunu oğluma demək istəmirdim. Bir dəfə qızı bir oğlanla gördüm. Sonradan eşitdim ki, narkotik istifadəçisidir. Bir dəfə Ayşənə dedim ki, sənin haqqında məlumatlar var, özüm də oğlanla görmüşəm. Ona dedim ki ya bu yoldan çəkil, ya da ayrıl. Ayşən məni və oğlumu hədələyirdi. Mənə dedi ki, mənimlə bağlı maraqlanmayın, mən öz həyatımı yaşayıram. Hadisədən 6 ay əvvəl bunu oğluma dedim”.

Ə.Musayevin anası Məhbubə Musayeva isə deyib ki, qətl hadisəsi baş verəndə işdə olub:

“Əsgər mənə zəng vurdu ki, iş yerinə gəlirəm. Gəldi götürdü və dedi ki Ayşəni öldürmüşəm. Sonra gedib təslim oldu”.

İttihama görə, ötən il noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 20.05.22 21:10