bp işçisinin Bakıda sərxoşluq “dramı”: Küçədə yatdı, bahalı saatı və ayaqqabıları oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

bp işçisinin Bakıda sərxoşluq “dramı”: Küçədə yatdı, bahalı saatı və ayaqqabıları oğurlandı
Bakıda Böyük Britaniya vətəndaşının bahalı qol saatını, telefonunu və ayaqqabılarını oğurlayan şəxsə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 12-də, gecə 2 radələrində Səbail rayonu ərazisində baş verib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, bp şirkətində mühəndis vəzifəsində çalışan V.V. dostları ilə birlikdə hotellərdən birində futbola baxarkən spirtli içki qəbul edib. Daha sonra o, gecə saatlarında hoteli tərk edərək yaşadığı evə getmək istəyib. V.V. “28 May” metro stansiyasına tərəf gedərkən yolda yuxulayaraq yatıb.

Bu zaman Astara rayon sakini, 1972-ci il təvəllüdlü F.Həsənzadə əcnəbi vətəndaşın sərxoş halda skamyada yatdığını görərək ona yaxınlaşıb. O, Britaniya vətəndaşının dəyəri 6500 manat olan “Luminor Panerai” markalı qol saatını, 1 800 manat dəyəri olan “İPhone 12 Pro” markalı mobil telefonunu və ayağındakı “Nike” markalı ayaqqabılarını çıxararaq oğurlayıb.

Hadisədən bir neçə saat sonra ayılan Britaniya vətəndaşı ayaqyalın qaldığından taksi ilə evə gedib. Onun əşyalarını oğurlamış F.Həsənzadə isə hadisədən sonra fəhlə kimi işlədiyi bazara gedib. O, oğurladığı 6 500 manatlıq saatı 10 manata satıb.

Polis əməkdaşları F.Həsənzadəni yaxaladıqdan sonra oğurladığı telefonu və 10 manata satdığı qol saatını geri qaytarıb. Lakin təqsirləndirilən şəxs bp əməkdaşının ayaqqabılarını Puşkin parkında gizlətdiyi yerdə tapa bilməyib.

Səbail Rayon Məhkəməsində bir neçə gün əvvəl F.Həsənzadəyə hökm oxunub. O, Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci (oğurluq - xeyli miqdarda ziyan vurmaqla və şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.

F.Həsənzadəyə 2 il müddətinə həbs cəzası verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            369 17.05.22 18:52