12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? - Müdafiə Nazirliyi AÇIQLADI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? - Müdafiə Nazirliyi AÇIQLADI
“Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində “Müharibə veteranı” adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib:

“Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib. Vətəndaş V.Əsgərov da daxil olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.

Bundan sonra, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Bir daha sosial şəbəkə istifadəçilərini əsassız iddialar səsləndirilən vətəndaşların çıxışlarını yaymaqla ictimaiyyətdə yanlış rəy formalaşdırmamağa çağırırıq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            483 17.05.22 12:24