Bakıda yeni beynəlxalq turnir keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Bakıda yeni beynəlxalq turnir keçirilib
Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə “Aquatic Palace Open Cup 2022” yarışları keçirilib.

Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq yarışa üç ölkədən 23 idmançı qatılıb.

Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar. Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilib. Yarışın qaydalarına əsasən, idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparıb.

Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri tutub. Sonrakı iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutub.

Qeyd edək ki, Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 17.05.22 11:49