Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar"
“Bildiyiniz kimi, Ermənistan müxalifətinin əsasını “Qarabağ klanı” təşkil edir. Onlar isə “qisas” istəyirlər. Amma onlar öz ətraflarında cəmi 5 min adam toplaya biliblər. Bu rəqəm isə tədricən azalır. Yəni müxalifətin atdığı addılar hələlik həlledici deyil”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

“Qarabağ klanı”nı dəstəkləyənlər, “suları bulandıranlar” Rusiyadakı erməni diasporu və Rusiyanın siyasi elitasıdır. Buna baxmayaraq, regionda baş verən hadisələr Kremlin mövqelərini zəiflədir. Qlobal proseslər Azərbaycanın xeyrinə inkişaf edir. Bunu İrəvanda da başa düşürlər”.

Q. Hüseynlinin fikrincə, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur:

“Müxaligət hansısa addım ata bilməyəcək. Qarabağ indi olduğu kimi, gələcəkdə də Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Bu isə o deməkdir ki, üçüncü Qarabağ müharibəsinin başlanması real deyil. Çünki regionda Azərbaycan-Türkiyə tandemi həlledici gücdür. Əgər üçüncü savaş başlasa, bu, erməni dövlətçiliyinin sonu olar. Bunu baş nazir Nikol Paşinyan yaxşı dərk edir. Odur ki, müxalifətə qarşı mübarizə aparır”.

Qeyd edək ki, Ermənistanda müxalifətin etiraz aksiyaları 2 həftəyə yaxındır davam edir. Etirazçılar Paşinyanı satqınlıqda ittiham edirlər. Ermənistanda revanşistlərin aktivliyi –ölkəni üçüncü müharibəyə doğru sürükləyirlər. Revanşistlərin əsas rəhbərləri, keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan xalqı qırğına aparır. Görünür, 44 günlük savaş onlara dərs olmayıb. Əlbəttə, Azərbaycan bu dəfə də “Dəmir yumruğu”nu işə salmağa hazırdır...скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            495 16.05.22 23:09