Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO  |     23:45 Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər... - VİDEO  |     23:37 "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib (VİDEO)  |     23:19 “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb  |     23:11 Ərdoğan minimum əməkhaqqını 30 faiz ARTIRDI  |     23:04 Məhəmməd Salah "Liverpul"la yeni müqavilə imzalayıb  |     22:57 Xaçmazda 23 yaşlı gənc dənizdə batıb  |     22:48 Yeni “DOST” mərkəzləri açılacaq  |     22:41 İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq  |     22:36 Qarpız təzyiq xəstələri üçün təhlükəlidir  |     22:27 Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat  |     22:19 Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər (VİDEO)  |     22:11 Bu şəxslərə əlillik verilməyəcək  |     22:02 İyulda neçə gün iş olmayacaq?  |     21:54 Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək  |     21:47 Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı qaydası müəyyənləşib  |     21:38 Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir  |     21:32 Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib  |     21:24 Şuşa adından istifadə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib  |     21:17 Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib  |    

Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb
Avropa Komissiyası (AK) bu il avrozonada ümumi daxili məhsulun (QDM) artımı ilə bağlı proqnozunu 1,3 faiz bəndi azaldaraq 2,7%-ə endirib.

Median.Az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Komissiyanın yaz hesabatında bildirilir.

Qurum qış hesabatında iqtisadi artımın 4% ola biləcəyini bəyan etmişdi.

AK həmçinin 2023-cü il üçün avrozonada ÜDM-in artım proqnozunu 2,7%-dən 2,3%-ə endirib.

Avrozonada inflyasiyanın 2021-ci ildəki 2,6%-dən 2022-ci ildə 6,1%-ə qədər artacağı, 2023-cü ildə isə 2,7%-ə enəcəyi gözlənilir.

AK bu il ən yüksək ÜDM artımını Portuqaliya (+5,8%) və İrlandiyada (+5,4%), ən kiçik artımı isə Estoniya (+1%), Finlandiya (+1,6%) və Almaniyada (+1,6%) gözləyir. 2023-cü ildə Almaniya iqtisadiyyatının 2,4% artacağı gözlənilir.

Bundan əlavə, Avropa İttifaqı iqtisadiyyatının 2022-ci ildə 2,7%, 2023-cü ildə isə 2,3% artacağı gözlənilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            483 16.05.22 22:56