Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

İranda həbsxanada saxlanılan güneyli alim: Məni edam riski ilə zindanda tək buraxmısınız

20.06.2024 20:15 1 893
İranda həbsxanada saxlanılan güneyli alim: Məni edam riski ilə zindanda tək buraxmısınız
Məni edam riski ilə zindanda tək buraxmısınız.

Bunu İranın Evin zindanında həbsdə olan İran və İsveç vətəndaşı, güney azərbaycanlı alim Əhmədrza Cəlali İsveçin Baş naziri Olaf Kristersona fars dilində ünvanlandığı audiomüraciətdə bildirib.

O, müraciətində bu günlərdə (iyunun 14-də - red.) İranla İsveç arasında keçirilən məhbus mübadiləsində unudulduğu üçün İsveç hökumətini və onun başçısını tənqid edib: “Məndən üz döndərməyə qərar vermisiniz! Səkkiz il iki aydır saxlanıldığım, yəni ömrümün üç min gününü keçirdiyim Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sizə müraciət edirəm. Məni edam təhlükəsi ilə üz-üzə qoyub ölüm hökmünün dəyişdirilməsi üçün mübarizə aparmadınız”.

Alimin sözlərinə görə, İran həbsxanasında saxlanılan İsveç vətəndaşı İohan Flodros İsveç-İran vətəndaşı Səid Əzizi Həmid Nuri ilə dəyişdirilib: “Fikrimcə, mənim İran həbsxanasında saxlanılmağım diskriminasiyadır”.

Həmid Nuri Gövhərdəşt həbsxanası prokurorunun keçmiş köməkçisidir. O, 1980-ci illərdə mindən çox siyasi məhbusun edamında iştirak etməkdə ittiham olunub.

Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali həkimdir. O, 2016-cı ildə Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər edib, 2017-ci ilin sentyabrında isə “İsrailə casusluq”da ittiham olunub. Onun barəsində edam hökmü çıxarılıb.
//report.az

Son xəbərlər